ABŞ və Avropa meydan oxuya bilmir –


Dünya 25 Fev 2018 16:40:00 268 0

ABŞ və Avropa meydan oxuya bilmir –

ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun  komandanı, general Robert Neller bəyan edib ki, donanmasında daha çox sualtı gəmilər görmək istəyir.

General etiraf edib ki, Rusiya, Çin, Şimali Koreya və İran kimi rəbiqlər Amerika desant gəmilərinin öz sahillərinə sakitcə yaxınlaşmasına imkan verməyəcək vəziyyətdədirlər.

Robert Neller bildirir ki, terrorçulara qarşı 17 illik mübarizədən sonra Amerikanın dəniz donanması rəqiblərlə necə döyüşməyi gözdən keçirir. Bura raket-bomba zərbələrinin həyata keçirilməsi, kimyəvi silahlardan qorunmaq üçün lazım olan geyimlərlə döyüşmək, cavab hücumunun zərbəsinə tuş gəlməmək üçün yaylımdan sonra artilleriya qurğularını işə salmaq daxildir.

Son.az modern.az-a istinadən məlumat verir ki, Amerika ekspertləri müzakirə aparırlar ki, Pentaqona "Kolumbiya" atom sualtı  gəmisi tipində yeni silahlar lazımdır.

Hərbi analitik və sualtı gəmilər üzrə mütəxəssis Tomas Kallender hesab edir ki, ABŞ-a minimum bu cür 12 sualtı gəmi lazımdır.

Onun sözlərinə görə, həmin sualtı nüvə silahlarının 6-sı Sakit okeanda, 4-ü Atlantik okeanda yerləşdirilməlidir. Qalan ikisi isə rezervdə qalmalıdır ki, ehtiyac olduğu zamanlarda digərlərini əvəzləyə bilsin.

Lakin Tomas Kallender əmin deyil ki, 12 sualtı gəmi effektiv müdafiə üçün kifayətdir, üstəgəl  həm qiymət, həm də sənaye potensialı məsələsi ortaya çıxır. 

Qərb mətbuatı yazıb ki, 12 sualtı gəminin 2035-ci ildə satın alınması gözlənilir. Ancaq digər bir məsələ də var ki, həmin sualtı gəmilər alınandan sonra 2042-ci ildən tez istifadəyə verilməyəcək.