Niderland “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır


Digərləri 25 Fev 2018 14:33:00 259 0

Niderland “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır

Niderland Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında maraqlıdır.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Linden deyib.

Rene van der Linden qeyd edib ki, Avropa bir qaz tədarükçüsündən asılı olmamaq məqsədilə enerji təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası layihəsini reallaşdırır. Bu baxımdan AŞPA-nın keçmiş prezidenti Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərlərinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu layihələr təkcə Niderland üçün yox, həm də bütün Avropa üçün böyük əhəmiyyət daşıyır.