"Real" İspaniya klubları arasında ilkə imza atıb


İdman 25 Fev 2018 14:11:00 314 0

"Real" İspaniya klubları arasında ilkə imza atıb

"Real" bu mövsüm bütün turnirlərdə 100 qol vurmağı bacaran ilk ispan klubu olub. Goal.az xəbər verir ki, "Kral klubu" La Liqanın 25-ci turunda "Alaves"i darmadağın edərək (4:0) cari mövsümdə bütün turnirlərdə 103-cü qolunu vurub. Madrid təmsilçisinin analoji göstərici üzrə ən yaxın təqibçisi "Barcelona"dır. Katalon klubu 2017/18-ci illər mövsümündə 92 qol vurmuşdu.