Rusiyanın hokkey yığması Olimpiya oyunlarının qalibi oldu


İdman 25 Fev 2018 13:52:00 286 0

Rusiyanın hokkey yığması Olimpiya oyunlarının qalibi oldu

Rusiyanın kişilərdən ibarət hokkey yığması 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının qalibi olub. Goal.az xəbər verir ki, qonşu ölkə millisi finalda Almaniyaya qalib gəlib. Görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Bu səbəbdən, 20 dəqiqəlik əlavə hissə təyin olunub. Bu zaman Rusiya millisi daha bir qol vuraraq, Olimpiya çempionu adını qazanıb. Bu, Rusiya millisinin Olimpiadada ikinci qızıl medalıdır.