Niderland “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır (ÖZƏL)


Digərləri 25 Fev 2018 14:05:00 205 0

Niderland “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır (ÖZƏL)

Niderland Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır

Bakı. Ləman Zeynalova - Niderland Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında maraqlıdır. Bunu Trend-ə müsahibəsində Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Linden deyib. Rene van der Linden qeyd edib ki, Avropa bir qaz tədarükçüsündən asılı olmamaq məqsədilə enerji təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyası layihəsini reallaşdırır. Bu baxımdan AŞPA-nın keçmiş prezidenti Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərlərinin vacibliyini vurğulayıb.