Bərdədə azyaşlı övladlarını yanğından xilas edən ata xəsarət aldı


Digərləri 25 Fev 2018 12:20:00 274 0

Bərdədə azyaşlı övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdə rayonunun Lək kəndində fərdi yaşayış evi yanıb.

Son.az report.az-a istinadən bildirir ki, Niyammədin Kərimova məxsus evin iki otağı elektrik naqillərində baş vermiş qısa qapanmadan yanıb.

Hadisə zamanı evdə olan iki azyaşlı körpəni alovdan xilas edən N.Kərimov yanıq xəsarəti alıb. Yanğın FHN-in Yanğın Mühafizə Xidməti tərəfindən söndürülüb.