Fransalı futbolçuya 1 illik cəza verilə bilər


İdman 25 Fev 2018 12:07:00 263 0

Fransalı futbolçuya 1 illik cəza verilə bilər

Yanvarda "Antalyaspor"un müqaviləsinə xitam verdiyi Samir Nasri UEFA tərəfindən cəzalandırıla bilər. Goal.az xəbər verir ki, "Marca" nəşri fransalı yarımmüdafiəçinin 1 il diskvalifikasiya cəzası alacağını iddia edib. Yazılara görə, Nasri "Las Palmas"a transfer olmalıymış. Bu transferə də məhz bir neçə gn sonra rəsmən açıqlanacağı iddia edilən cəza mane olub.

Ümumdünya Anti-dopinq Agentliyi (WADA) Nasrinin bir müddət öncə müalicə aldığı Los-Ancelesdəki klinikada ona qadağan olunmuş preparat inyeksiya edlməsindən şübhələnir.