Afrində 2018 terrorçu məhv edilib, 5 kənd yaraqlılardan təmizlənib


Dünya 25 Fev 2018 11:37:33 286 0

Afrində 2018 terrorçu məhv edilib, 5 kənd yaraqlılardan təmizlənib

PKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir

Türkiyənin Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 2018 nəfərə çatıb.

“Report” yerli NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun baş qərargahı məlumat yayıb.

PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir.

Həmçinin qeyd olunur ki, Afrinin şimal-qərbindəki Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib.