Almaniya Kanadanın rekordunu təkrarladı


Dünya 25 Fev 2018 11:20:00 260 0

Almaniya Kanadanın rekordunu təkrarladı

Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında 14 qızıl medal qazanan Almaniya yığması 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiadası zamanı analoji nəticəni əldə edən Kanadanın rekordunu təkrarlayıb.

Son.az report.az-a istinadən bildirir ki, çempionatda daha iki mükafat dəsti qalmaqdadır.

Finalda Almaniya hokkeyçiləri Rusiya komandası ilə görüşəcək, matç Bakı vaxtı ilə saat 8:10-da başlayacaq. Bundan başqa, bu gün almanların qadınların klassik üslubda keçiriləcək marafon yarışında medal qazanmaq şansları da var. Meydana start heyətində Ştefani Böler, Katarina Henniq və Viktoriya Karl çıxacaq.