Daşkəsəndə kişi həyat yoldaşını qətlə yetirib


Sosial 25 Fev 2018 10:04:43 316 0

Daşkəsəndə kişi həyat yoldaşını qətlə yetirib

Qadının rəsmi nikahda olduğu həyat yoldaşından bir oğlu və bir qızı var

Daşkəsən rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Əhmədli kənd sakini Abbasova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən qətlə yetirilib.

Məlumata görə o, hadisəni qadının baş nahiyəsinə küt alətlə zərbə endirərək törədib və hadisə yerindən qaçıb.

Bildirilir ki, M.Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 ("Qəsdən adam öldürmə") maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.