Daşkəsəndə qadın qeyrirəsmi nikahda yaşadığı şəxs tərəfindən öldürüldü


Digərləri 25 Fev 2018 10:10:00 280 0

Daşkəsəndə qadın qeyrirəsmi nikahda yaşadığı şəxs tərəfindən öldürüldü

Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində baş verib.

Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.