Ronaldo yubiley qolunu vurdu


İdman 25 Fev 2018 09:44:00 269 0

Ronaldo yubiley qolunu vurdu

İspaniya La Liqasının 25-ci turunda "Alaves"i qəbul edən "Real" 4:0 hesablı qələbə qazanıb. Madrid klubunun hücumçusu Kriştianu Ronaldo bu oyunda dubla imza atıb. Goal.az xəbər verir ki, portuqaliyalı ulduz Primera karyerasında 300-cü qolunu vurub. Bu qol həddinə çatmaq üçün Ronaldoya 285 oyun lazım olub. O, 300 qola Lionel Messidən daha tez çatıb. Argentinalı ulduz 300-cü qolunu 326-cı oyununda vurmuşdu. Ronaldonun La Liqada hər oyuna orta məhsuldarlığı 1.05 qoldur.

Qeyd edək ki, "Real"ın rəsmi saytı və "Marca" nəşrinə görə Ronaldo 300 qol həddinə çatıb. Digər mənbələr bunun 299 olduğunu iddia edir.