Nazir: Bu boru kəməri Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir


Digərləri 25 Fev 2018 09:22:07 226 0

Nazir: Bu boru kəməri Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir

İoni-Adriatik boru kəməri (IAP) Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir.

Bakı. Ləman Zeynalova - İoni-Adriatik boru kəməri (IAP) Monteneqroya qaz tədarükü üçün ən yaxşı istiqamətdir. Bunu Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç deyib. Nazir qeyd edib ki, qaz təchizatı sahəsində IAP Monteneqro üçün vacib əhəmiyyət daşıyır: "Bizim bütün sənədlərimiz və tədqiqatlarımız onu göstərir ki, Monteneqroya qaz tədarükünün ən yaxşı üsulu IAP layihəsidir. Bu layihə təkcə təbii qazı Monteneqroya tədarük etməyə deyil, həm də Monteneqronu regionun digər ölkələri ilə əlaqələndirməyə imkan verəcək. Bundan başqa IAP Monteneqro şelfində hasilatı mümkün olan təbii qazı Qərbi Avropaya nəql etməyə imkan verəcək".