Meksikada polislər üç italiyalını saxlayaraq cinayətkar qruplaşmaya təhvil veriblər


Digərləri 25 Fev 2018 06:14:00 149 0

Meksikada polislər üç italiyalını saxlayaraq cinayətkar qruplaşmaya təhvil veriblər

Meksikanın Xalisko ştatında 3 İtaliya vətəndaşı polislər tərəfindən oğurlanaraq cinayətkar qruplaşmaya təhvil verilib

Bakı. Meksikanın Xalisko ştatında 3 İtaliya vətəndaşı polislər tərəfindən oğurlanaraq cinayətkar qruplaşmaya təhvil verilib. Trend-in məlumatına görə, bu barədə ştatın prokurorluğunun məlumatında deyilir. Məlumata əsasən, italiyalıların oğurlanmasında şübhəli bilinən polislər artıq müəyyən edilib: "İtalyanların itkin düşməsində şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar Tekalitlana bələdiyyəsinin polisinin əməkdaşlarıdır. Onlar bildirib ki, italyalıları cinayətkar qruplaşmaya təhvil veriblər".