Biləsuvarda qatı duman nəqliyyatın hərəkətini çətinləşdirib


Sosial 25 Fev 2018 05:20:46 311 0

Biləsuvarda qatı duman nəqliyyatın hərəkətini çətinləşdirib

Bu səbəbdən avtomobillər aşağı sürətlə hərəkət edirlər

Biləsuvar rayonunda duman avtomobillərin hərəkətində problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, qatı duman rayon ərazisində, həmçinin Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində müşahidə edilir.

Güclü duman bu istiqamətlərdə avtomobillərin hərəkətində çətinlik yaradıb.

Bu səbəbdən nıqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.