Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu


Digərləri 25 Fev 2018 04:30:00 297 0

Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

"Şaban" obrazı ilə tanınan mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunalın azərbaycanlı nişanlısı Nazlı Qurbanzadə ilə toy tarixi bəlli olub.

Son.az axşam.az-a istinadən bildirir ki, cütlük martın 23-ü nikah masasına oturacaq.

Qeyd edək ki, hüquqşünas Nazlı ilə Ali ÇABA dərnəyində tanış olublar. Nazlı Türkiyənin məşhur siması Bülent Qurbanzadənin qızıdır.