Türkiyədə 20-dən çox hərbiçi yol qəzasında xəsarət alıb


Dünya 25 Fev 2018 03:33:57 273 0

Türkiyədə 20-dən çox hərbiçi yol qəzasında xəsarət alıb

Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir

Ən azı 23 nəfər hərbiçi Türkiyənin Antalya vilayətində yol qəzasında yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İHA agentliyi yayıb.

Qəza Fevralın 24-ü baş verib. Içərisində hərbiçilər olan avtobus Antalyadan qayıdırdı. Kestel qəsəbəsi yaxınləğında avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə 22 hərbiçi və sürücü xəsarət alıblar. Onlar xəstaxanaya yerləşdiriliblər. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.