Günün qoroskopu: atdığınız addımları təhlil edin


Digərləri 25 Fev 2018 00:01:00 227 0

Günün qoroskopu: atdığınız addımları təhlil edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin. Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin.

Dediyiniz sözlərə fikir verin. Emosiyalarınızın tarıma çəkildiyi zaman söylədiyiniz kəlmələr nüfuzunuza zərbə vura bilər.

Günün ikinci yarısında gərginlik daha da artacaq. Ona görə də axşam saatlarını yaxınlarınızla keçirin. Buna imkan yoxdursa, bir müddət tək qalın. Qohumlardan birinizin yardıma ehtiyacı var. O şəxslə diqqətli olun, şəfqətli davranış nümayiş etdirin.

Buğa - ticarət və ya təhsil sahələrindən birində çalışırsınızsa, təmkinli olun. Sizinlə aqressiv danışan insana elə həmin cür cavab verməyin. Səbr yaxşı nəticələr vəd edir. Gün gərgin keçəcək.

Davakar insanlardan uzaq durun. Dövlət qurumlarından biri ilə bağlı məsələnin həllini uzatmayın.

Günün ikinci yarısında travma riski var. Diqqətli və ehtiyatlı olun.

Axşam saatlarında hətta ən sakit söhbət münaqişəyə çevrilə bilər. Buna yol verməmək üçün danışığınıza fikir verin. Ən yaxşısı isə ünsiyyəti minimuma endirin. Dostlar və ya uzaqda yaşayan qohumlardan biri qonaq gələ bilər.

Əkizlər - maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.

Xərçəng - ünsiyyət, habelə yarımçıq işlərin başa çatdırılması üçün yaxşı zamandır. Alicənab, qayğıkeş olun. Belədə yaxın ətrafınızdakı insanların nəzərində nüfuzunuz artar. Yeni layihəyə başlamaq fikriniz varsa, vaxtınızı boş işlərə sərf etməyin.

Günün ikinci yarısında texnika ilə bağlı problemlər yarana bilər. Uzaq səfərə çıxmayın, təmirə başlamayın. Yaxınlarınızın qayğısına qalın.

Əks cinslə ünsiyyət üçün axşam saatları münasibdir.

Şir - yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.

Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.

Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.

Axşam saatlarında alış-veriş sizi sevindirə bilər.

Qız - günün ilk yarısından etibarən fəal, enerjili olun. Emosional yüksəliş istisna deyil. Problemlərin həllinə yaradıcı münasibət sərgiləyin. Yaşam tonusunuzun səviyyəsi yüksək olacaq. İntuisiyanıza güvənin.

Avantüralara qatılmayın, amma bir qədər risk də pis olmaz.

Günün ikinci yarısı yaxınlarınız və ailə üzvlərinizdən birinin problemlərini həll etmək olar. Sevdiyiniz insana hədiyyə verin. Axşam saatlarında istirahətə, əyləncəyə yollanmaq olar. Nə yediyinizə fikir verin. Yağlı, duzlu təamlardan uzaq durun.

Normal istirahət etməyə çalışın.