İşçilərinə beş min dollar ödəyir:


Digərləri 24 Fev 2018 23:55:00 233 0

İşçilərinə beş min dollar ödəyir:

Elektron ticarət nəhəngi "Amazon" ABŞ miqyasında işçilərinə işdən çıxmaq qarşılığında 5000 dollar pul təklif edir.

Son.az facemark.az-a istinadən bildirir ki, bu şirkət tərəfindən işçilərin daha məhsuldar işləmələri üçün edilən həmlələrdən biridir.

"Amazon"da çalışan Ashley Robinson məsələ ilə əlaqədar "Business Insider"ə deyib ki, "Amazon"da işləyən insanlar burada həqiqətən olmaq istəyən şəxslər olmalıdır. Belə bir strategiyanın həyata keçməsində məqsəd, insanları bir dəqiqələrini ayıraraq nə istədikləri haqqında düşünməyə təşviq etməkdir. İşçilərin uzun müddət istəmədikləri bir şirkətdə çalışmalarının onların özü və "Amazon" üçün məhsuldar olmadığını düşünürük".

A.Robinsonun sözlərinə görə, belə bir təklif "Amazon" tərəfindən işçilərinə ildə bir dəfə təklif edilir.