Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb


Digərləri 24 Fev 2018 23:46:00 299 0

Sumqayıtda maşın piyadanı vuraraq iki ayağını qırıb

Sürücü hadisə yerindən qaçıb

Sumqayıt şəhərində maşın piyadanı vuraraq hadisə yerindən qaçıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb.