“Məhkumun Dilemması” nədir?


Digərləri 24 Fev 2018 23:50:00 327 0

“Məhkumun Dilemması” nədir?

Bu gün Sizə Məhkumun Dilemması (Prisoner's Dilemma) adlı maraqlı bir termin haqqında məlumat vermək istərdik.

Məhkumun dilemması qərarların təhlilində paradoksdur. Təsəvvür edək ki, iki dost cinayətdə təqsirkar bilinir və iki ayrı otaqda sorğu-sual olunur. Dostlar ya susa, ya da bir-birlərini günahkar hesab edə bilərlər.

Son.az moneta.az-a istinadən bildirir ki, əgər sübut olmadığı halda hər iki dost susarsa, onlar kiçik qayda pozuntularına görə hər ikisi 1 il cəza alacaqdır. Əgər bir dost bütün günahı boynuna alsa, o 3 il cəza alacaq, digəri isə sərbəst buraxılacaqdır. Əgər hər ikisi bir-birlərini günahkar hesab edərsə, hər ikisi 2 il cəza alacaqdır. Onların birlikdə alacaqları cəzaları hesabladıqda onlar üçün ən yaxşı hal əməkdaşlıq etməkdir. Burada iki nəfər öz maraqlarına uyğun davranırlar, buna görə də sonda heç də ürəkaçan olmayan nəticələrlə qarşılaşırlar.