Bizi kökəldən dərmanlar –


Digərləri 24 Fev 2018 23:35:00 1075 0

Bizi kökəldən dərmanlar –

Amerika dietoloqları hesab edir ki, piylənmə, kökəlmə 15-20% hallarda qəbul olunan dərman preparatları ilə əlaqədar olur. Nəinki məşhur hormonal dərmanlar, bəzən adi ağrıkəsici belə kökəlməyə təkan verir. Səbəb: o dərmanın ya iştah artırması, ya kalori yanmasına mane olması, ya bədəndə mayeni toplaması, şişkinlik yaratmasıdır. Qısası bir dərman hər insana eyni təsir etmir.

Son.az medicina.az-a istinadən insana köklük, şişkinlik verə biləcək dırmanları təqdim edir:

Depressiya, nevroz, stress hallarında yazılan aşağıdakı tərkiblər: -Sitalopram -Fluvoksamin -Mirtazapin -Paroksetin -Sertralin Bu tərkiblər iştahı artırır, emosiyanı qaldırır. Bir çox antidepressantlar 3 ay istifadə müddətində sizə 10 kq-a qədər çəki qazandıra bilər.

Əhval ruhiyyə stabilizatorları -Klozapin -Olanzapin -Kvetiapin -Risperidon Biopolyar pozğunluqlar və şizofreniyanın müalicəsində yazılan bu tərkiblər maddələr mübadiləsini pozur, iştaha nəzarəti itirir. Artıq 2 ay sonra 3-4 kq çəki artımı hiss olunur. Bu dərmanları qəbul edən insanlarda sanki yemək düyməsi daim aktiv olur.

Şəkərli diabet preparatları: -İnsulin -Qlipizid -Qliburid -Nateqlinid -Repaqlinid Yeməkdən öncə insulinin sintezini aktivləşdirən bu kimi preparatlar orqanizm dərmana öyrəşənə kimi ilk başda kökəlmə verir. Daha çox II tip diabet xəstələri risk altındadır.

Ağrıkəsici və iltihabəleyhinə kortikosteroidlər: -Metilprednizolon -Prednizolon Astma, autoimmun dəyişikliklərin müalicəsi üçün tablet, gel, maz, inyeksiya şəklində olan bu preparatlar metobolizmi zəiflədir, bədəndə daha çox piy ehtiyatı toplamaq siqnalı verir, iştah artırır və yuxusuzluq gətirir.

Miqren və insulta qarşı dərmanlar: -Amitriptilin -Nortriptilin Aclıq hissini nəzarətə alan hormon sintezini artırır, iştah artırır, doyma siqnalını ləngidir, orqanizmdə maye  yığır