Qəbir aləmində qohumlar birbirləri ilə görüşə biləcəklərmi?


Digərləri 24 Fev 2018 23:40:00 318 0

Qəbir aləmində qohumlar birbirləri ilə görüşə biləcəklərmi?

Axirət və bərzəx aləmində baş verəcək hadisələrin çoxu bizim üçün məchuldur. Bərzəx aləmi elə bir aləmdir ki, dünya və axirət arasında qərar tutur. Bərzəx aləmində maddə yoxdur. Ancaq madddənin bəzi şəkilləri, o cümlədən kəmiyyət və məkan mövcuddur. Orada maddi olmayan simalar vardır ki, dünyada olan simalardan daha güclüdürlər. Ona görə də bərzəx bədəni nə maddidir və nə də qeyri-maddidir. Elə bir bədəndir ki, dünyada olan qəlibdə yerləşmir, ancaq ölçüsü və şəkli vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, hədislərimizin nəzərinə görə bu misali bədən dünya bədəninə çox bənzəyir. İmam Sadiq (ə) buyurur: "Möminlərin ruhları dünyadakı bədənlərinə bənzər bədənlərdədirlər".

İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.