Həzrət Zəhranın İlahi hərəkatının bərəkətləri


Digərləri 24 Fev 2018 23:15:00 233 0

Həzrət Zəhranın İlahi hərəkatının bərəkətləri

Həzrət Zəhranın (s.ə) hərəkatı aşkar qiyam olmasa da, arxasında öz bərəkətlərini qoyub getmişdir. Xanımın (s.ə) hərəkatı sayəsində batil haqdan ayırd edilmiş və münafiqlər tanıdılmışdır. O Xanım (s.ə) mühacir, ənsar və Qureyş qadınlarının qarşısında çıxış etdi və İmam Əlinin (ə) haqqının necə qəsb olmasından danışdı.

Bu hərəkatın ardınca qoyduğu bərəkətlərlə tanış olaq:

1. Düz yolu göstərmək. Səqifə hadisəsi bir tərəfdən, müsəlmanların bunu görüb susması digər tərəfdən elə bir fitnə ocağı yaratmışdı ki, haqq açıq-aşkar aradan gedirdi. Son.az deyerler.org-a istinadən bildirir ki, Əmirəl-möminin (ə) Allah Təala tərəfindən sükut etməklə vəzifələndirilmişdi. Amma Xanımın (s.ə) belə bir vəzifəsi yox idi. Bu böyük xanımın vəzifəsi tam fərqli idi. Belə bir zamanda Peyğəmbərin (s) əziz qızı insanları qarınlıqdan çıxartdı və haqq yolunu onlara nişan verdi. Ona görə də Xanım (s.ə) buyururdu: "Allaha and olsun ki, əgər haqqı əhlinə tapşırsaydılar və Allah Rəsulunun (s) İtrətinə itaət etsəydilər, iki nəfər Allahın (hökmü) barəsində bir-biri ilə mübahisə etməzdi".

2. Nifaqı aşkar etdi. Nifaqı aşkar etmək hər bir qiyamın ən çətin tərəfidir. Peyğəmbərin (s) zamanında bu iş rahat idi. Çünki insanlar Allahın hökmlərinə əməl edirdilər və itaət etməyənlər münafiqlər olurdular. Xanım (s.ə) məşhur xütbəsində bu çətin işin öhdəsindən gəlir və münafiqlərin əsil simasını müsəlmanlara tanıdır. Xanım (s.ə) buyurur: "O zaman ki, Allah Peyğəmbəri (s) üçün peyğəmbərin və seçilmişlərin yerini ixtiyar etdi, sizlərin arasında nifaq tikanları çıxmağa başladı".