Qripdən qorunmaq üçün nə etməli –


Digərləri 24 Fev 2018 23:10:00 354 0

Qripdən qorunmaq üçün nə etməli –

Hazırda ölkədə tüğyan edən qrip və ya paraqrip və ya hələ də növü bəlli olmayan respirator xəstəliklərdən qorunmaq çətin olsa da bu üsulları mütləq etmək lazımdır. Azərbaycan həkimləri bu mövzu barədə sussa da, Rusiyada yayılmış virusla bağlı rusiyalı həkimlər kifayət qədər aktivdir.

Son.az medicina.az-a istinadən Moskvanın tanınmış pediatrı Yevgeniy Timakovun qripin profilaktikası ilə bağlı maraqlı məsləhətini təqdim edir:

" Qrip üçün ən yaxşı profilaktika evin küləklənməsi, havalandırılmasıdır. Virusun evdən uçması üçün bu vacibdir. Soyuq olacağından qorxmayın. Evdə qripli adam varsa, o mütləq maska taxmalı, 2 saatdan bir maskanı yeniləməli, işlənmiş maska evdən kənara çıxarılmalıdır. Adam çox olan yerlərdə buruna interferonlu maz çəkilməlidir. Özü də çox, tez-tez çəkmək lazımdır. Bu viruslara qarşı baryer rolunu oynayır. Evə qayıdanda isə burunu duzlu su ilə yumaq lazımdır.