İslam dinini niyə rəhmət dini adlandırırlar?


Digərləri 24 Fev 2018 22:20:00 244 0

İslam dinini niyə rəhmət dini adlandırırlar?

Həqiqətən də İslam, rəhmət dinidir. Bu dinin peyğəmbəri isə Rəhməti-lil-aləmindir. "(Ya Muhəmməd (s)!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik". ("Ənbiya" 107).

Son.az deyerler.org-a istinadən bildirir ki, İslam, ona görə rəhmət dini adlanır ki, insanların boynuna asan vəzifələr qoymuşdur və buyurumuşdur ki, hər kəs gərək gücü çatanından çoxunu etməsin.

"Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə - öz xeyrinə, nə pis iş görübsə - öz ziyanınadır.

(Möminlər deyirlər:) "Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi, bizim (də) boynumuza qoyma!

Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et". ("Bəqərə" 286).

O kəslər ki, İslamı çətin din kimi tanıyırlar, deməli İslamın həqiqətlərindən xəbərsizdirlər. İslam Peyğəmbəri (s) bu mübarək din haqqında buyurur: "Bu din - mətin dindir. Ona görə də bu dinə nəzakətlə daxil olun. Allahın ibadətini, Onun bəndəsi olmaq üçün kərahətlə qəbul etməyin. Məbada o yolunu azmış o atlılardan olarsınız ki, nə yol getmişdir, nə də miniyi sağlam qalmışdır. Dinə çoxlu diqqət etməkdən çəkinin ki, Allah onu asan qərar vermişdir. Ona görə də bacardığınız qədər ondan götürün. Allah Təala davamlı olan yaxşı əməli, az olsa belə, sevir".