Gürcüstan məktəblisi 1 milyon dollarlıq qrant uddu


Digərləri 24 Fev 2018 21:53:00 308 0

Gürcüstan məktəblisi 1 milyon dollarlıq qrant uddu

Gürcüstanın Batumi şəhərində orta məktəbdən məzun olmağa hazırlaşan David Cinçaradze Əbu-Dabidəki Nyu-York Universitetində təhsil almaq üçün ümumi məbləği 1 milyon dollar olan qrant müsabiqəsinin qalibi olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Cinçaradzenin özünün bildirdiyinə görə, müsabiqənin şərtlərinə əsasən, Əbu-Dabidəki Nyu-York Universiteti təhsil haqqını, BƏƏ-də yaşayış xərclərini və bütün digər məsrəfləri öz üzərinə götürüb. Bu isə ən azı 1 milyon dollardır.

Universitetdə gürcüstanlı tələbə Politologiya, beynəlxalq əlaqələr və jurnalistikanı öyrənəcək.