Milyon dollarlıq uşaqlar harda uşaq böyütmək bahadır?


Digərləri 24 Fev 2018 21:44:00 266 0

Milyon dollarlıq uşaqlar  harda uşaq böyütmək bahadır?

Tayvanda bir ana özü kimi diş həkimi olan oğluna qarşı məhkəmə iddiası qaldırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ana oğulundan təhsil xərclərini ödədiyi üçün 1,7 milyon dollar təzminat istəyib.

Qeyd edək ki, tayvanlı qadın ərindən boşanaraq, iki oğlunu təkbaşına böyüdüb. Oğulları hələ kiçik yaşda olarkən onları diş həkimliyi fakultəsində oxudacağına və məzun olduqdan sonra fədəkarlığının qarşılığında təzminat alacağında dair müqavilə imzalayıb.

Böyük oğul anası ilə razılığa gələrək, az miqdarda pul ödəməklə müqaviləni ləğv etdirib. Kiçik oğul isə anasının klinikasında işlədiyini və ona daha çox pul qazandırdığını əsas gətirərək, təzminat ödəməkdən yayınıb.

Məhkəməyə üz tutan qadın faizlər də daxil olmaqla oğlundan 967 min dollar alıb.