Quşların yaradılışında gizlənən hikmət


Digərləri 24 Fev 2018 21:45:00 268 0

Quşların yaradılışında gizlənən hikmət

İmam Sadiq (ə) buyurur: "Ey Mufəzzəl! Quşların cisminə və yaradılışına nəzər sal. Hikmət belə olmuşdur ki, quşlar səmada olsunlar. Yüngül və gözəl xəlq olunublar. Dörd ayaq və əl yerinə iki ayaqları vardır. Beş barmaq yerinə dörd barmaqları vardır.

Necə ki, gəminin qarşı hissəsi iti və dardır və suyu yarıb irəli gedər - quşun sinəsi və qarşı hissəsi də gəmi kimidir ki, havanı yarsın və istədiyi kimi uça bilsin. Qanadlarında və arxa hissəsində uzun tüklər qoyulmuşdur ki, onu uçmaq üçün rahatlıqla qaldıra bilsin. Bütün bədəni tüklə örtülmüşdür ki, hava ona nüfuz etsin və rahatlıqla yüksəkdə uça bilsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, hikmət belə olmuşdur ki, quşların yeməyi dəndən və ətdən olsun.

Onları çeynəmədən udarlar. İnsanlarda olduğu kimi dodaq və diş onlarda xəlq olmamışdır. Onlara iti dimdik verilmişdir ki, yeməklərini onunla tutsunlar.