Hər şey istəməklə başlayır


Digərləri 24 Fev 2018 21:50:00 217 0

Hər şey istəməklə başlayır

İndiyə qədər gördüyüm odur ki, ən yaxşı psixoloq belə, sən özün istəyirsənsə, sənə kömək edə bilir.

Son.az moneta.az-a istinadən bildirir ki, açıq ya da qapalı şəkildə, sən özün istəyəndə, köməyi də ala bilirsən. Çünki istənilən halda, orada sənə tapşırıqlar veriləcək və onları etməlisən ki, məsələni açasan. Sən özün istəməsən, hansısa müəllimin sənin yoluna işıq tutması da çətindir.

Məsələn, götürək həkimləri. Ancaq təcili olan hallarda onlar sizin ayağınıza köməyə gələ bilərlər, hansı ki, çox hallarda nəticə effektiv olmur. Əksər hallarda, siz onların yanına sağalmaq istəyərək getməlisiniz. Bizim istəməyimiz öz yolumuza işıq tutur və problemi tapmağa kömək edir. Problemi tapmağımız isə işin yarısını həll edir. İşin qalan yarısı bizim qərarlı olub öz üzərimizdə işləməyimizdir.