Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək


Dünya 24 Fev 2018 21:38:00 214 0

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş əyalətində keçirilən mitinq zamanı bildirib.

Ərdoğan qeyd edib ki, heç kəsin Ankaradan Türkiyə sərhədlərinə təhlükənin aradan qaldırılması istiqamətində attığı addımlara görə cavab tələb etməyə haqqı yoxdur: " Türkiyə və onun ordusu düşmənlərdən qorxmur. Afrindəki əməliyyat bunu sübut edir".