İşçiyə az maaş verilməsi:


Digərləri 24 Fev 2018 21:25:00 225 0

İşçiyə az maaş verilməsi:

Son illər Azərbaycanda baş verən iqtisadiyyatın sturuktur dəyişiklikləri, manatın dəyərinin itirməsi, baş vermiş böhran əmək bazarındanda yan keçməmişdir. Son 3 ildə onlarla bankın bağlanması, xarici müəssisələrin bazarı tərk etməsi, yerli müəssisələrin fəaliyyətinin pozulması nəticəsində minlərlə iş yeri ixtisar olmuş və xaricə kütləvi sürətdə beyin axını olmuşdur. Bu kimi proseslərin məntiqi nəticəsi olaraq əmək bazarında ciddi boşluq yaranmışdır. Son illərdə sahibkarlar işçi çatışmazlığından, işçilərin effektiv işləməməsindən narahatlıqlarını bildirirlər. Bəli reallıq odur ki, gənc və savadlı kadrlar azlıq təşkil edir. Bu vəziyyətin yaranmasına bir neçə səbəb vardır.

1) Universitetlər günün tələblərinə uyğun tələbələri məzun etmirlər. 2) Şirkətlərin bir çoxu işçilərin bilik və bacarıqlarının artırılmasına investisiya qoymurlar. 3) Tələbələrə örnək göstərəcək şəxslər azlıq təşkil edir.

Gəldik məqaləmizin əsas məğzinə. Maslov piramidasına görə hər bir insanın yaşaması üçün təməl ehtiyaclara sahib olmalıdır. Əgər bu ehtiyaclardan hər hansı olmazsa onda o insan öz şəxsi potensialını tam ifadə edə bilməyəcək. Azərbaycanda şirkətlər əksər hallarda işçilərə 200-400 azn arası maaş verməkdədir. Düzdür bəzi peşələr var ki, bunlara tələb yüksək olduğuna görə maaşlarda yüksəkdir. (proqramistlər, developerlər, marketinq mütəxəssisləri və s). Reallığa nəzər saldıqda ölkədə real inflyasiya 15 faiz ətrafındadır, ərzaq və digər xidmətlər bahadır. Təbii ki, hər bir şəxsin problemləri hətta bəzi şəxslərin ailə qayğısı var. Sual olunur bir ailə başçısının 400 azn maaş alması(maaş şərtidir) onun yüksək kefiyyətli iş göstərməsinə necə təsir göstərir?

Son.az bizplus.az-a istinadən bildirir ki, təbii olaraq Azərbaycan iqtisadiyyatının son 3 ildə ağır şəraitə düşməsi əmək bazarında çoxlu sayda ixtisarlara gətirmişdir və beləcə işsizlərin sayı çoxalmış və firmalar minimum əmək haqqı verməklə maksimum tələblər qoyaraq iş elanları verməyə başlamışlar. Yəni ki, istəyirsən işlə istəmirsən ac qal, onsuz bu işi görmək istəyənlər kifayət qədərdir. Narazı olsalar belə J