Pirlər, pirilər və...


Digərləri 24 Fev 2018 21:15:00 339 0

Pirlər, pirilər və...

"İndi sensasiyadan yazmaq lazımdır... Bax, yağdı yağış, "i tut je" çıxdı Günəş!" Mərhum sənətkarımız Yaşar Nurinin "Ordan-burdan" tamaşasında canlandırdığı fotoqraf Əli bəyin dostu, jurnalist Həmidə yazı mövzusuna dair verdiyi nəsihəti, yəqin ki, xatırladınız.

Son.az islam.az-a istinadən bildirir ki, günümüzdə Əli bəyin məsləhətini həyatının şüarı eləmiş o qədər insan var ki! Sensasiya bazarında bir basabas, bir vur-çatlasındı ki! Burda bir-birini ayağından çəkərək, yaxasını cıraraq, ətini didərək hamı yuxarı, sensasiya zirvəsinə dırmanmağa, gündəmə gəlməyə, özünü camaatın gözünə soxmağa can atır. Müxtəlif peşə sahiblərinə rast gəlmək mümkündür bu bazarda. Şou-biznes adamlarından deputata qədər, ilahiyyatçıdan şairə qədər. Amma fikirləri, amalları eynidir: "bomba" partlatmaq, gündəmi zəbt etmək. İnsafən deyək ki, arzularına bu yolla çatanlar da az deyil, hətta bəziləri əsl peşəkara çevriliblər. Məsələn, keçən həftə bir "ilahiyyatçı" haqqında yazmışdıq. Adam bu işin uzmanlarındandır. Gəlir, bir atmaca atır, çəkilir kənara. Vəssalam. Gündəm bunundur! Amma indi bu yolda "irəliləyənlərimiz" yaman çoxalıb.

Bu günlərdə daha bir sensasiya acgözü növbəti fəndini işlətdi.  Özünü şair adlandıran Emin Pirinin sosial şəbəkədə paylaşdığı status istədiyi effekti verib: hətta biz ondan söz açırıq. Bu "qəhrəman" belə yazıb: "30 iyun geydirmə sevgi söhbətini kim çıxarıb? Ümumiyyətlə, o qadını orda niyə basdırıblar? Bu biabırçılıqdı".

Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar bu tarix ölkəmizdə "Sevgililər günü" kimi qeyd edilir.