Qiyamət günü Yerin danışması necə olacaqdır?


Digərləri 24 Fev 2018 20:45:00 210 0

Qiyamət günü Yerin danışması necə olacaqdır?

Qurani-Kərim buyurur: "Yer özünəməxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman Və (onun köksündən çıxan)insan (təəccüb və dəhşətlə): "Buna, nə olub?!" - deyəcəyi zaman. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.

(Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir". ("Zəlzələ" 1-5).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayələr Qiyamət gününün başlanğıcına işarə edən ayələrdəndir ki, yerin necə titrəyəcəyinə, dağların necə tökülüb aradan gedəcəyinə işarə edir. Qiyamət gününün zəlzələsi deyildikdə, adi zamanlarda baş verən zəlzələ nəzərdə tutulmur. Belə ki, bu zəlzələ - daha şiddətli zəlzələdir.

Bu ayə buyurur ki, torpaq öz qiymətli yüklərini bayıra çıxardır. Bu ayənin məqsədi nədir? Təfsirçilərin nəzərinə görə, zəlzələ baş verən zaman torpağın dərinliklərində olan dəyərli mineral xəzinələr üzə çıxacaqdır. Bu da dünyapərəstləri pərişan edəcəkdir.

Bəzi təfsirçilərin nəzərinə görə isə zəlzələ nəticəsində qəbirlərdəki insanların bədənləri torpağın üstünə töküləcəkdir.

Qiyamətin başlanğıcında insanların hamısı - istər mömin olsun, istərsə də kafir - dilə gələcəkdir və deyəcəklər: "Yerə nə olmuşdur ki, bu qədər titrəyir və özündə saxladıqlarını bayıra çxıardır?".

Bəli, bu torpaq indiyə qədər aram və sakit idi. Qiyamətin başlanması ilə hərəkətə gələr ki, bu da insanları dəhşətə salar.