Bolqarıstanda həbsxanalarda etiraz mitinqləri başladı


Digərləri 24 Fev 2018 20:32:00 213 0

Bolqarıstanda həbsxanalarda etiraz mitinqləri başladı

Bolqarıstanda həbsxana gözətçiləri və təhlükəsizlik işçiləri paytaxtda ümummilli bir etiraz minitqi təşkil edib.

Son.az oxu.az-a istinadən bildirir ki,etirazçılar əmək haqqının 20% artmasını və layiqli iş şəraitinin təmin olunmasını tələb ediblər.

Nümayişçilər Ədliyyə Nazirliyinin qarşısında "Əmək haqqımızı artırın, azaltmayın", "Vədlərlə həbsxana mühafizə edilmir" kimi şüarlar qaldırıblar.

Ədliyyə naziri Tsetska Tsaçeva nümayişçilərin qarşısına çıxaraq, yaxın müddət üçün əmək haqqı artımının gözlənilmədiyini deyib.