Biznes model necə yaradılır?


Digərləri 24 Fev 2018 20:35:00 405 0

Biznes model necə yaradılır?

Bu dəfəki məqaləmizin mövzusu "Biznes modelinin yaradılması" haqqındadır. Mövzu ilə bağlı ən məhşur və praktik kitablardan biri olan Aleksandr Ostervalder və İv Piqneur tərəfindən yazılmış "Biznes model quruculuğu" kitabıdır.

45 ölkədən 470 "Business Model Canvas" istifadəçisi tərəfindən ortaq şəkildə hazırlanan bu kitab güclü strateji fikir və vasitələri istifadə etməklə, əyani, 4 rəngli bir dizayna sahibdir və bu onların şirkətinizə tətbiqini asanlaşdırır. Bu üsul qabaqcıl biznes nəzəriyyəçilərinin ideyalarına əsaslanan ən məşhur Biznes Modellerini izah edir və onları öz şirkətiniz üçün tədbiq etməyinizə imkan verir. Bu kitab sayəsində dəyişən biznes modellərini sistemli şəkildə necə anlamağı, yaratmağı və tətbiq etməyi öyrənəcəksiniz, yaxud da köhnə modelləri analiz edib yeniləyə biləcəksiniz. Şirkətiniz mövcud olduğu müddət ərzində müştərilərinizi, dağıtım kanallarınızı, biznes partnyorlarınızı, gəlir axınlarını, xərclərinizi və əsas dəyər yaradan təkliflərinizi daha yaxşı anlayacaqsınız.

Son.az bizplus.az-a istinadən bildirir ki, bu kitab sizə iş modellərinin təbiətini daha yaxşı anlamaqda kömək edəcək. O eyni zamanda, ənənəvi modelləri və onların dinamikasını, innovativ tərəflərini, modelinizi gərgin rəqabət mühitində necə qoruyub saxlayacağınızı və öz şirkətinizin biznes modelinin yenidən dizaynını necə idarə edəcəyinizi öyrədir.

Hər hansı bir biznes modeli şirkətin yaradılması, inkişaf etdirilməsi və müvəffəqiyyətinin əsas prinsiplərinin təyin edilməsindən ibarətdir. Bütün tərəflərin mövcud biznes modelini müzakirə etməsi və yenilərini tətbiq edə bilməsi üçün "biznes modeli"ni, onun əsas komponentlərini anlamaq lazımdır. Ancaq burada ən vacib məsələ "eyni dildə" danışmaq, yəni müzakirə edilən kateqoriyaların hər birinin dəyərini anlamaqdır. Biznes modeli şablonu bir biznes modelinin müəyyənləşdirilməsi, təqdimatı, analizi və istifadəsinin ən məşhur dilidir.