Rəhbərsiniz, yoxsa Lider? Sizi liderliyə aparan


Digərləri 24 Fev 2018 20:25:00 249 0

Rəhbərsiniz, yoxsa Lider?  Sizi liderliyə aparan

Rəhbərlik və liderlik arasındakı fərqlər həmişə müzakirə mövzusu olmuşdur. Bu iki anlayış arasındaki fərq aşağıdakı kimidir:

Rəhbərlik: Uğur qazanmaq üçün digər insanlara fokuslanan təsirdir.

Liderlik: İnsanın ona inanan insanlara xidmət göstərməsi və onları gücləndirməsidir.

Son.az banco.az-a istinadən bildirir ki, əgər liderlik mühitində formalaşmamısınızsa, böyük ehtimalla, sadəcə hər hansı bir qrupun rəhbəri ola bilərsiniz. Niyə? Çünki orta məktəblərdə, universitetlərdə və idarəçilik proqramlarında insanlara lider olmağı yox, rəhbər olmağı öyrədirlər. Bunlara baxmayaraq, rəhbər yox, lider olmaq istəyirsinizsə, sizə bu məsələdə kömək edə biləcək aşağıdakı 5 vərdişi mütləq mənimsəməlisiniz:

1. Pulun hər şeyi həll etmədiyini anlayın.

Doğrudur, pul həyatımızın və fəaliyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir; ancaq buna baxmayaraq, əsas hissəsi deyil. Liderliyin əsas xüsusiyyəti fərdin qarşısına puldan daha dəyərli bir hədəf qoyması və bütün diqqətini həmin hədəfə cəmləşdirməsidir. Sizi uğura aparan fəaliyyətin yeganə ölçüsü puldursa, təəssüf ki heç vaxt lider ola bilməyəcəksiniz.

2. Bəhanələr yaratmaqdan əl çəkin.

Yəqin ki, tez-tez "bir gün üçün 24 saat çox azdır!" kimi narazılıqlarınız olur. Bu isə gününüzün dəyərini bilməməyinizə səbəb olur; beləliklə, müəyyənləşdirdiyiniz hədəfə çata bilmirsiniz. Bəhanələr yaratmayın və işinizə fokuslanın.