Uşaqların inkişafını ləngidə biləcək qidalar –


Digərləri 24 Fev 2018 19:55:00 310 0

Uşaqların inkişafını ləngidə biləcək qidalar –

Dünyaca məşhur ingilis şef aşpazı və şoumeni Ceymi Oliver son illər istər Amerika, istərsə də İngiltərədə fastfud yeyənlərin çoxalması və bunun nəticəsində ortaya çıxan neqativ faktorlara görə "tez-bazar" yeməklərə qarşı çıxan "pəhləvana" çevrilib.

"Ceyminin mətbəxi" və "30 dəqiqəyə hazırlayaq" kimi kulinariya şoularından da tanınan şef aşpaz ən çox da uşaqların belə qidaları qəbul etməsinin əleyhinə olub, mübarizə aparır, hökumətin dəstəyi ilə məktəblilərin düzgün qidalanması layihələrinə start verib.

Problemin ciddiliyi məsələni dərindən araşdırmağı tələb edir.

Niyə məhz fastfudlar?

Son.az faktxeber.com-a istinadən bildirir ki, fastfudlar, səmimi etiraf edək ki, biz böyüklərin belə xoşuna gəlir, o ki qaldı uşaqların. Cəlbedici və rəngarəng bağlama, ətirli, xırçıltılı dad... bu balacalarımız üçün əyləncəli bir yemək növüdür. Kalorisi, şəkəri və ən əsası, da zərəri olduqca yüksək olan, amma heç bir faydası olmayan qidadır. Bu məqamda artıq ciddi düşünməliyik! Son illər Amerikada piylənmədən əziyyət çəkənlərin 50 mln. nəfərə qalxmasının da əsas səbəbi məhz bu "tez-bazar" yeməklərdir.

Üstünü oxumadığımız kağızlarda yazılan şok rəqəmlər

Kim uşağı üçün aldığı hamburgerin kağızındakı rəqəmlərə fikir verir? Heç kim! Əgər fikir verən olsaydı, ümumiyyətə, o qidaları uşağına alıb, onun "gül kimi" orqanizmini məhv etməzdi!

Belə ki, 100 qram məhsulda 28 qram şəkər, bir hamburgerdə 1500 kkal, bir şaurmada 696 kkal, bir uşaq pizzasında 980 kkal və 1860 mq. natrium var.

"Son illər sanki dəb halını alıb. Gənc analar və çox təəssüf ki, savadlı analar övladları ilə müxtəlif fastfud restoranlarından kartof-fri, hamburger yeyərək, selfilər paylaşır, bunu da böyük fəxarətlə edirlər" - bunu mövzu ilə bağlı açıqlama verən pediatr Vaqif Qarayev söyləyib. O çox təəssüf hissi ilə bildirib ki, hətta 1 yaşlı, 2 yaşlı uşaqlara da çəkinmədən, zərərini bilə-bilə belə qidaları verirlər. Bu, yolverilməzdir.

Pediatr qeyd edib ki, fastfudlar kimyəvi, heyvani mənşəli yağlardan hazırlanan, aromat, izafi şəkərə malik çox zərərli qidalardır və tərkibi uşaq inkişafını ləngidən maddələrlə zəngindir. Məsələn, normada bir uşaq sutka ərzində uzağı 9 q zülal qəbul etməlidir. Amma fastfudlarda 100 qrama yaxın zülal var.