Bayıl sürüşmə sahəsində yeni cihazlarlar quraşdırılır VİDEO


Digərləri 24 Fev 2018 19:38:00 297 0

Bayıl sürüşmə sahəsində yeni cihazlarlar quraşdırılır  VİDEO

Bayıl yamacında-Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində tədqiqatları daha da genişləndirmək üçün yeni cihazlarlar quraşdırılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yaxın günlərdə ərazidə reperlər vasitəsilə yoxlamalar aparılacaq. Sürüşmənin aktivliyini yoxlamaq üçün ərazidə əvvəllər mayaklar quraşdırılmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib ki, ərazinin hazırki vəziyyəti orada tədqiqatların aparılması üçün mayakların

quraşdırılmasına imkan vermir. Belə ki, yer səthindəki çatlar elədir ki, orada mayakla hərəkətləri izləmək mümkün olmur. Yer səthində çox kiçik tərpəniş olan kimi gips mayaklar çatlayır. Səthdə böyük çatlar oldugu üçün artıq onların üzərində mayaklar qoymaq olmaz. Buna görə də reperlərdən istifadə ediləcək. Bu reperlər vasitəsilə ərazidə lap 1-2 mm tərpəniş olduqda da onlari qeyd etmək mümkün olur. Yeni cihazlarin quraşdırılması tədqiqatların daha dəqiqliklə aparılmasına imkan verəcək. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının əməkdaşı Bahadur Hüseynovun sözlərinə görə, hazırda Bayıl sürüşmə zonasinda vəziyyətin sabitdir. Digər sürüşmə zonalarına gəlincə, Milli Geoloji Kəşfiyyat Xidmətindən məlumat verilib ki, Zığ sürüşmə zonasında, Abşeron rayonunun "Nübar" qəsəbəsində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazilərdəki sürüşmə sahələrindəki prosesdə aktivləşmə müsahidə edilir. Hazirda bu ərazilərdəki çatların parametrlərində müəyyən qədər böyümə müşahidə edilir.


Xəbərə aid video