Aparıcı canlı yayımda uşaq doğdu


Digərləri 24 Fev 2018 19:13:00 269 0

Aparıcı canlı yayımda uşaq doğdu

ABŞ-da səhər radioproqramının qadın aparıcısı veriliş efirdə yayımlanan zaman uşaq doğub.

St Louis şəhərində The Arch (Səma) radiostansiyasının səhər proqramının aparıcısı Cassiday Proctor uşağını qeysəriyyə əməliyyatı yolu ilə çərşənbə axşamı doğub.

Doğuş əməliyyatının keçirilməsinə baxmayaraq, aparıçı qadın radioverilişini davam etdirib.

Cassiday Proctor-da doğuş ərəfəsi ağrılar bazar ertəsindən başlayıb.

Onun çalışdığı radioşirkət qadının yerləşdirildiyi doğum evi ilə bağlantı quraraq Cassiday Proctor-un canlı yayımda veriliş apara bilməsi üçün şərait yaradıb.

Cassiday BBC-yə deyib ki, uşaq gözlənildiyindən 2 həftə tez doğulduğundan canlı yayım təşkil etmək imkanı gözlənilməz olub.