Tərkiövla nədir?


Digərləri 24 Fev 2018 19:20:00 301 0

Tərkiövla nədir?

"Tərki-övla" sözünün tərcüməsi "daha üstün olan bir hərəkəti tərk etmək" mənasını verir. Əsasən, şiə məzhəbinə aid kitablarda bu terminə rast gəlirik. Quranda və hədislərdə tərki-övla termini yoxdur. Şiə alimləri müqəddəs şəxslərin məsumluğu ilə bağlı qarşıya çıxan bəzi problemləri tərki-övla ilə həll etmişlər. Qurani-Kərimin ayələrində Həzrət Adəm, Musa, Davud, Yunus (ə) peyğəmbərlərlə bağlı bəzi məqamlar mövcuddur.

Son.az islam.az-a istinadən bildirir ki, bu ayələrin zahiri mənası həmin peyğəmbərlərin günah və ya səhv etməsi anlamına gəlir. Lakin müsəlmanların bir hissəsinin əqidəsinə görə, peyğəmbərlər hər cür günahdan və səhvdən uzaqdırlar, bu, onların məsumluğu ilə ziddiyyət təşkil edir. Tərki-övla nəzəriyyəsinə görə, peyğəmbərlər iki yaxşı hərəkətin arasından daha yaxşısını deyil, ondan daha aşağı dərəcədə olan yaxşı əməli etmişlər. Buna görə də özlərini günahkar bilmiş və Allahdan bağışlanmaq diləmişlər. Tərki-övla sıravi insanlar üçün qətiyyən günah deyil, amma məsumlar bunu özləri üçün əskiklik saymışlar.