İlham Əliyev modul tipli təhsil müəssisələrinin qazlaşdırılması məqsədi ilə vəsait ayırıb


Siyasət 24 Fev 2018 18:29:00 267 0

İlham Əliyev modul tipli təhsil müəssisələrinin qazlaşdırılması məqsədi ilə vəsait ayırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, 2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin (siyahı əlavə olunur) qazlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 830 000 (səkkiz yüz otuz min) manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.