Azərbaycan prezidenti Küveyt əmiri və Nazirlər Kabinetinin sədrini təbrik edib


Siyasət 24 Fev 2018 18:31:21 288 0

Azərbaycan prezidenti Küveyt əmiri və Nazirlər Kabinetinin sədrini təbrik edib

Prezident İlham Əliyev Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı Küveyt Nazirlər Kabinetinin Sədri Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm".