İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb


Siyasət 24 Fev 2018 18:13:18 277 0

İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb

Dövlət başçısı dost Küveyt xalqına daim sülh və rifah arzulayıb

Azərbaycan Prezidenti İlham Əliyev Küveytin milli bayramı münasibəti ilə bu ölkənin əmiri əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və Nazirlər Kabinetinin sədri əlahəzrət Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, dövlət başçısı dost Küveyt xalqına daim sülh və rifah arzulayıb.

"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - deyə məktublarda bildirilir.