“Levandovski satılmır”


İdman 24 Fev 2018 17:38:00 219 0

“Levandovski satılmır”

“Bayern Munchen”in baş məşqçisi Yupp Haynkes komandanın futbolçusu Robert Levandovski haqda danışıb. 

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, o, adı “Real”la hallanan polşalı hücumçunun satılmayacağını bildirib.

Haynkes Münhen klubunun əsas “silah”larından olan Levandovskinin gedəcəyini təsəvvür etmək belə istəmir: “Biz oyunçularımızı satmaq fikrində deyilik. “Bavariya”nın yaxşı futbolçuları elə bizimlə qalacaq. Təsəvvür edə bilmirəm ki, Levandovski gedə. Onun agentini dəyişməsinin nədənsə xəbər verdiyini düşünmürəm. Levandovskinin hansı menecerlə işləməsi bizə önəmli deyil. Robert “Bayern Munchen”da qalacaq”.

Qeyd edək ki, Levandovski “Bayern Munchen”ya 2014-cü ildə Dortmund “Borussia”sından keçib.