Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait artırılıb


Digərləri 24 Fev 2018 17:34:00 228 0

Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait artırılıb

2017-ci ildə geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.

Bakı. 2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, aparılan geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 milyon manat xərclənib.