Ağdamda at əti aşkarlandı


Kriminal 24 Fev 2018 17:10:00 333 0

Ağdamda at əti aşkarlandı

Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağdam rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi "Vaz 21011" markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Son.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.


Xəbərə aid fotolar