Prezident seçkilərini müşahidə etmək üçün 51 nəfər müraciət edib


Siyasət 24 Fev 2018 16:46:22 237 0

Prezident seçkilərini müşahidə etmək üçün 51 nəfər müraciət edib

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 51-ə çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından bildirilib.

Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Bütün müraciətlərə müsbət cavab verilib.