Prezident seçkilərində müşahidəçilərin sayı 51-ə çatdı


Digərləri 24 Fev 2018 16:37:00 207 0

Prezident seçkilərində müşahidəçilərin sayı 51-ə çatdı

Prezident seçkilərində müşahidəçilərin sayı 51-ə çatıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 51-ə çatıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından bildirilib. Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb. Bütün müraciətlərə müsbət cavab verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin