Cerrard: "Ona qarşı oynamaq kabusdur"


İdman 24 Fev 2018 16:23:00 318 0

Cerrard: "Ona qarşı oynamaq kabusdur"

“Liverpool”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard maraqlı açıqlaması ilə diqqət çəkib.

Goal.az xəbər verir ki. əfsanəvi futbolçu “Barcelona”nın üzvü Serxio Buskets haqda danışıb.

“BT Sport”a fikirlərini bildirən Cerrard qeyd edib ki, Busketsə qarşı oynamaq olduqca çətindi: “Meydanda Serxio ilə üz-üzə gəlmişəm. Busketslə mübarizə aparmaq çox ağırdı. Ona topu almaq üçün yaxınlaşmaq mümkün deyil. Pressinq edirsizsə, Buskets ani məqamda dönür və siz boş yerə enerji sərf etmiş olursuz. Serxio heç tərləmir də. Bir sözlə, ona qarşı oynamaq kabusdur”.

Qeyd edək ki, futbolçu karyerasını 2016-cı ildə bitirən Stiven Cerrard hazırda “Liverpool”un U-18 komandasını çalışdırır.